Bundesliqa: “Yunion”dan əzmkar qələbə
09.03.2025 - 22:57

Almaniya Bundesliqasında XXV tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün iki qarşılaşma keçirilib.
Günün ilk matçında "Ayntraxt" öz meydanında "Yunion"u sınağa çəkib.
Qonaqlar rəqibi üzərində əzmkar qələbəyə imza atıb - 2:1.
Turun digər oyununda "Hoffenhaym" "Haydenhaym" ilə 1:1 heç-heçəyə razı olub.
Almaniya Bundesliqası
XXV tur
18:30. “Ayntraxt” - “Yunion” - 1:2
20:30. “Hoffenhaym” - “Haydenhaym” - 1:1
0
0