Millimizin üzvü fərqləndi, komandası bir xal qazandı
10.08.2025 - 10:52

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Niderlandın “Volendam” klubu ilə rəsmi oyuna çıxıb.
Apasport.az xəbər verir ki, komanda Erediviziyanın I turunda “Heerenven”in qonağı olub.
Matçda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Ozan oyuna start heyətdə başlayıb və 65-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Kökçü 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Volendam” birinci turdan sonra 1 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
0
0