“Sevilya” evdə 3 xala sevindi - 8 oyundan sonra
14.05.2025 - 01:32
“Sevilya” evdə 3 xala sevindi - 8 oyundan sonra

İspaniya La Liqasında XXXVI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Sevilya" öz meydanında "Las Palmas"la üz-üzə gəlib.

Gərgin keçən oyunda azarkeşlər 1 qola şahidlik ediblər. Ev sahibləri rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarıb.

"Sevilya" bu nəticə ilə 8 oyundan sonra liqada aktivinə 3 xal yazmağı bacarıb.

İspaniya La Liqası
XXXVI tur

22:00. “Sevilya” - “Las Palmas” - 1:0