Super Liqa: Autsayderdən evdə qələbə
16.02.2025 - 19:10

Türkiyə Super Liqasında XXIV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, autsayder "Hatayspor" doğma meydanda "Alanyaspor"u qəbul edib.
Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Turun digər matçında isə "Samsunspor" səfərdə "Konyaspor"u məğlub etməyi bacarıb - 1:0.
Türkiyə Super Liqası
XXIV tur
14:30. “Hatayspor” - “Alanyaspor” - 1:0
17:00. “Eyüpspor” - “Kayserispor” - 1:1
17:00. “Konyaspor” - “Samsunspor” - 0:1
0
0