Super Liqa: “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12.04.2025 - 21:58
Super Liqa: “Beşiktaş” “Başakşəhər”lə bacarmadı

Türkiyə Super Liqasında XXXI turun görüşləri davam edir. 

Apasport.az xəbər verir ki, günün ilk matçında "Konyaspor" öz meydanında "Göztəpə" ilə qarşılaşıb.

Ev sahibləri görüşdən minimalhesablı qələbə ilə ayrılıblar - 1:0.

Turun digər matçında isə "Beşiktaş" doğma azarkeşlər önündə "Başakşəhər"lə üz-üzə gəlib. "Qara qartallar" rəqibinə 0:2 hesabı ilə məğlub olub.

Türkiyə Super Liqası
XXXI tur

17:00. "Konyaspor" - "Göztəpə" - 1:0
20:00. "Beşiktaş" - "Başakşəhər" - 0:2
20:00. "Bodrumspor" - "Antalyaspor" - 0:0