Millimiz dünya reytinqində ilk "5-lik"də yer alıb
23.05.2024 - 13:18
Millimiz dünya reytinqində ilk "5-lik"də yer alıb

Azərbaycanın kişilərdən ibarət şahmat millisi dünya reytinqində ilk "5-lik"də yer alıb.

Apasport.az xəbər verir ki, yığma komanda hazırda 2645 əmsala malikdir.

ABŞ (2726) birinci, Hindistan (2714) ikinci, Çin (2686) üçüncü, Rusiya (2645) dördüncüdür.

Reytinq mayın 21-dək olan vaxtı əhatə edir. Qadınlardan ibarət Azərbaycan millisi isə 2310 əmsalla 11-cidir.

0