Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən stolüstü tennisçilər bu gün Vətənə qayıdıblar.
Apasport.az xəbər verir ki, seçmə komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndələri, media mənsubları və idmançıların doğmaları qarşılayıb.
Qeyd edək ki, stolüstü tennisçilər Ər-Riyad sınaqlarını iki bürünc mukafatla başa vurublar. Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qarışıq qoşa növündə, Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət seçmə isə komanda yarışlarında fəxri kürsunün üçuncü pilləsində yer alıb.
- Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycan birinciliyinə start verilib
- ASTF rəsmiləri Londonda beynəlxalq tədbirə qatılıblar
- Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
- Stolüstü tennisçilərimiz Türkiyə Super Liqasının mükafatçısı olublar