Stolüstü tennisçilər Ər-Riyada yollanıblar
06.11.2025 - 22:12
İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək stolüstü tennisçilər bu gün yarışın təşkil olunduğu Səudiyyə Ərəbistanına yola düşüblər.
Apasport.az xəbər verir ki, Ər-Riyad sınaqlarında seçmə komandanın 6 idmançısı mübarizə aparacaq.
Sayca 6-cı olan oyunlarda Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək.
Qeyd edək ki, stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək
0
0