Azərbaycanın stolüstü tennisçiləri Çinə təlim-məşq toplanışına yollanıblar.
Apasport.az xəbər verir ki, Hebey əyalətinin Zenq Dinq şəhərində təşkil olunacaq toplanışda iki heyət iştirak edəcək.
Adil Əhmədzadə, Rüstəm Hacılı, Hilal Həsənov, Onur Quluzadə, Nihat Məmmədov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Yağmur Məmmədli, Zemfira Mikayılova və Ləman Abdulhəmidova avqustun 3-dən 18-dək seçmə komandanın baş məşqçisi Mixail Timofeyev və məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə hazırlıq keçəcək.
Avqustun 3-13-də yeniyetmə stolüstü tennisçilər Cəfər Almədədli, Ələkbər Mirzəliyev, İsgəndər İsgəndərov, Həzrət Kamilov, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Banu İmanverdizadə və Nailə Nəzirova məşqçilər Gülnarə İbrahimova, Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə Zenq Dinq şəhərində təlim-məşq toplanışında olacaqlar.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək