Stolüstü tennisçilər Serbiyanın Zlatibor şəhərində keçiriləcək Gimnaziada yarışlarında ölkəmizi təmsil edəcəklər.
Apasport.az xəbər verir ki, seçmə komandamız bu gün Serbiyaya yola düşüb.
Nüfuzlu yarışda Onur Quluzadə, Uğur Nəzərli, Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı, Yağmur Məmmədli, Xədicə Eylazova və Mələk Əhmədzadə məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə Gimnaziadanın oyunlarını idarə edəcək.
Stolüstü tennisçilər aprelin 7-də şəxsi və komanda yarışlarında mübarizəyə başlayacaqlar.
Qeyd edək ki, Gimnaziadaya aprelin 14-də yekun vurulacaq.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək