Azərbaycan çempionu “Fənərbaxça” ilə oynaya bilər
29.05.2010 - 00:09
Azərbaycan çempionu “Fənərbaxça” ilə oynaya bilər
Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionu “Rabitə”nin Çempionlar Liqasında potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu mövsüm qitənin ən mötəbər yarışında Azərbaycanla birgə 12 ölkənin 20 komandası mübarizə aparacaq.

Yarışda bu komandalardan 4-ü “Wild card”la iştirak edəcək. Digər 16 klub isə Avropada ilk “16”lıqda qərarlaşanlardır. Turnirdə yalnız Türkiyə və Polşa 3 komanda ilə təmsil olunacaq.

Potensila rəqiblərimiz
Reytinqinə görə iştirak edənlər


“Zok Split” (Xorvatiya)
“Kann” (Fransa)
ASPTT Mülens (Fransa)
“Skavolini” (İtaliya)
“Karnagi” (İtaliya)
“Aluprof” (Polşa)
“Organika Budovlani” (Polşa)
“Dinamo” Buxarest (Rumıniya)
“Zariçye-Odinçovo” (Rusiya)
“Dinamo” Moskva (Rusiya)
“Srvena Zvezda” (Serbiya)
“Janper Aquere” (İspaniya)
“Volero” (İsveçrə)
“Fənərbaxça” (Türkiyə)
“Vakıfbank TTelekom” (Türkiyə)

“Wild card”la iştirak edənlər

“Rabitə” (Azərbaycan)
“Mondranska” (Çexiya)
“Bank BPS Fakro” (Polşa)
“Əczaçıbaşı” (Türkiyə)

Qeyd edək ki, Çempionlar Liqasının püşkatması iyunun 25-də Avstriyanın paytaxtı Vyanada keçirilək.
0