DÇ-26: Olimpiya çempionumuz qələbə ilə başlayıb - YENİLƏNİR
09.10.2026 - 11:04
DÇ-26: Olimpiya çempionumuz qələbə ilə başlayıb - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycan millisinin üzvü Zelim Kotsoyev mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu 100 kq çəki dərəcəsində qüvvəsini sınayır.

Kotsoyev yarışa 1/32 final mərhələsindən start verib. İlk görüşündə Türkmənistan təmsilçisi Baymırat Majanovla üz-üzə gələn cüdoçumuz qələbə qazanaraq 1/16 finala vəsiqə əldə edib. O, növbəti mərhələdə slovakiyalı Benyamin Mataseye ilə qarşılaşacaq.

Milli Gimnastika Arenasında təşkil olunan yarışda təsnifat görüşləri saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Qarşılaşmalar “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq. Azarkeşlər biletləri iTicket.az platformasından əldə edə bilərlər.

Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.