Faiq Qarayev: Əsas odur ki, lazım olan nəticəni qazandıq
30.05.2010 - 19:47
Faiq Qarayev: Əsas odur ki, lazım olan nəticəni qazandıq
“Oyunlar çox gərgin keçdi. Xüsusilə, Belarusla görüşdə yetirmələrim əziyyət çəksələr də, finala vəsiqə qazandıq. Biz Mogilyovda da güclü olmağı bacarmışdıq. Görüşlərə voleybolçuların bəziləri zədəli çıxmışdılar. Lakin buna baxmayaraq, lazım olan nəticəni qazandıq. Sevindirici haldır ki, növbəti Avropa çempionatının finalında da Azərbaycan yığması mübarizə aparacaq”. Bu sözləri apasport.az saytına voleybol üzrə yığma komandamızın baş məşqçisi Faiq Qarayev deyib.

Qarayev Avropa çempionatına ciddi hazırlaşacaqlarını da deyib. Baş məşqçinin sözlərinə görə, Yeltsin kubokunda əsas heyət çıxış etməyəcək: “Qarşıda bizi beynəlxalq yarışlar gözləyir. İyunda keçiriləcək Yeltsin kubokunda əsas heyətlə iştirak etməyi planlaşdırmırıq. Orada gənclərə bel bağlayacağıq. Lakin avqustda İtaliyada təşkil ediləcək beynəlxalq turnirdə əsas heyətlə mübarizə aparacağıq”.
0