Oksana Parxomenko: Bu dəfə onlara gücümüzü göstərdik
31.05.2010 - 00:00
Oksana Parxomenko: Bu dəfə onlara gücümüzü göstərdik
“Belarus millisi qrupda əsas rəqibimiz hesab olunurdu. Dünya çempionatında onlara uduzduğumuzdan çətin qrupda yer aldıq. Lakin bu dəfə onlara gücümüzü göstərdik. İlk oyunda 3:0 hesabı ilə qələbə qazandığımızdan ikinci görüşdə 1 set finala yüksəlmək üçün kifayət etsə də, qarşılaşmanı qələbə ilə başa vurduq”. Bu sözləri apasport.az saytına açıqlamasında voleybol üzrə yığma komandamızın kapitanı Oksana Parxomenko deyib.

Moskva “Dinamo”sunda forma geyinən kapitan Avropa çempionatında da Azərbaycanın adına layiq oynayacaqlarını və mükafatçılar sırasında yer almaq üçün çalışacaqlarını vurğulayıb.
0