Yığmamızın sabiq üzvü Uralla dəyişdirildi
07.06.2010 - 14:16
Yığmamızın sabiq üzvü Uralla dəyişdirildi
Türkiyənin voleybol üzrə “Əczaçıbaşı” komandasına yeni menecer təyin edilib. Apasport.az saytının məlumatına görə, az öncə bu vəzifədən uzaqlaşdırılan Azərbaycan yığmasının sabiq üzvü Yelena Şabovtanı Nalan Ural əvəz edəcək. 250 dəfə “ay-ulduzlu” formanı geyinən Ural 1997-ci ildən menecerliklə məşğuldur.

Qeyd edək ki, Yelena Şabovta voleybolçu karyerasını bitirdikdən sonra 2008-ci ildən “Əczaçıbaşı”da çalışırdı. O, həmçinin 1998-2000-ci illərdə bu komandanın formasını geyinib. Həmyerlimiz həmin illərdə komandasının Avropa kubokunda 3-cü olmasında böyük pay sahibi olub və İstanbul klubu ilə 2 dəfə Türkiyə çempionu, 2 dəfə Türkiyə kubokunu qazanıb.
0