Asiya çempionu yenidən Azərbaycanda - FOTO
07.06.2010 - 18:07
Asiya çempionu yenidən Azərbaycanda - FOTO
Azərbaycan çempionatının bürünc mükafatçısı “İqtisadçı” daha 1 voleybolçu ilə müqavilə bağlayıb. Klubdan apasport.az saytına verilən məlumata görə, növbəti mövsümdə də Tailand yığmasının üzvü Vanna Buakav paytaxt klubunun şərəfini qoruyacaq. 2009-cu ildə Asiya çempionu adını qazanan libero 1981-ci ildə anadan olub və 172 sm boya malikdir.

Qeyd edək ki, klub rəhbərliyi Vanna Buakavdan əvvəl Türkiyə millisinin sabiq baş məşqçisi Rəşat Yazıçıoğulları və voleybolçu Filiz Özgürlə müqavilə imzalayıb.
0