Azərbaycan yığması Gürcüstanla yoldaşlıq görüşü keçirəcək
09.06.2010 - 13:14
Azərbaycan yığması Gürcüstanla yoldaşlıq görüşü keçirəcək
Azərbaycanın kişilərdən ibarət həndbol yığması Gürcüstana yola düşüb. Həndbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, Hikmət Abdullayevin yetirmələri bu ölkədə yerli komanda ilə yoxlama görüşlərində qüvvələrini sınayacaqlar.

Komandamız Vətənə iyunun 11-13-də keçiriləcək Avropa çempionatının seçmə mərhələsindən sonra qayıdacaq. Maraqlıdır ki, yoldaşlıq görüşlərindən sonra həndbolçularımız bu mərhələdə meydan çıxmayacaqlar. Onlar sadəcə, Gürcüstan, İtaliya, Latviya və Finlandiya millilərinin oyunun izləməklə kifayətlənəcəklər.

Qeyd edək ki, Azərbaycan yığma komandası Avro-2012-də iştirak etməyəcək. Bir müddət əvvəl dağıldığı iddia edilən milli “Çelenc cup”da mübarizə aparacaq.
0