Milli komandamızın kapitanı məşqçisi ilə nişanlandı
14.06.2010 - 12:00
Milli komandamızın kapitanı məşqçisi ilə nişanlandı
Voleybol üzrə Azərbaycan yığmasının kapitanı Oksana Parxomenko subaylığın daşını atıb. Apasport.az saytının məlumatına görə, Moskva “Dinamo”sunda forma geyinən həmyerlimiz bu klubda statistika üzrə məşqçi Onat Kurtla nişanlanıb.

2 ildir bir-birini sevən türkiyəli çalışdırıcı Kurtla millimizin kapitanı Parxomenkonun nişan mərasimi Bakıda baş tutub. Onların toy mərasimi 2011-ci ilin yaz aylarına planlaşdırılır.

Qeyd edək ki, bu cütlüyün tanışlığı 2008-ci ilə təsadüf edir. 2008/2009-cu illər mövsümündə “Fənərbaxça”nın heyətində çıxış edən və komanda ilə çempion olan Parxomenko, həm də Türkiyənin ən yaxşı voleybolçularından biri adına layiq görülüb. Bu vaxt isə Onat Kurt da klubda məşqçilik edib.
0