“Azərbaycan yığmasında 2,25 metr boya malik oyunçu var”
29.06.2010 - 12:45
“Azərbaycan yığmasında 2,25 metr boya malik oyunçu var”
“İndi istənilən yığmada qaradərili oyunçular var: Rusiya, Azərbaycan, Polşa, Gürcüstan... Bu, heç kimi pərt etmir. Üstəlik, daha çox onlar nəticəni müəyyənləşdirir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Belarusun basketbol yığmasının baş məşqçisi Mixail Feyman deyib.

Avropa çempionatının seçmə mərhələsinin B divizionunda Azərbaycan yığması ilə bir qrupa düşən belaruslular növbəti mərhələyə çıxmaq istəyirlər. Təcrübəli mütəxəssisin fikrincə, yığmamız yaxşı oyun göstərir: “Seçmə mərhələ vəzifəmiz sadədir – oynamaq. Rəqiblərimiz Rumıniya, Albaniya, İsveç, Azərbaycandır. Hamısı yaxşı basketbol oynayır. Azərbaycan yığmasında amerikalı var, onun boyu 2,25 metrdir. Rumıniya çempionatında 100-ə yaxın legioner var... Bir də ki stimullaşdırma və oyunçulara münasibət az rol oynamır”.
0