Yığma komandalarımız Kiprə gedir
                    
                    30.06.2010 - 10:38
                        
                    
                        
                        Çimərlik voleybolu üzrə 23 yaşa kimi oğlan və qızlardan ibarət Azərbaycan yığma komandaları Kiprdə keçiriləcək reytinq xarakterli beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, iyulun 14-17-də keçiriləcək yarışda ölkəmizin idman şərəfini İqor Kutukovun rəhbərliyi altında Fəridə Rəsulova, Olqa Ajgibiceva, Vadim Kutukov və Arif Tağıyev qoruyacaqlar. Voleybolçularımız səfərə iyulun 12-də yola düşəcəklər.
Qeyd edək ki, bu turnirdən sonra yığma komandalarımızı daha çətin sınaq gözləyir. Onlar avqustun 12-24-də baş tutacaq Avropa çempionatında mübarizə aparacaqlar.
                    Qeyd edək ki, bu turnirdən sonra yığma komandalarımızı daha çətin sınaq gözləyir. Onlar avqustun 12-24-də baş tutacaq Avropa çempionatında mübarizə aparacaqlar.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                             
                                             
                                            