Nelson Spenser və Çarles Edvar Devis Azərbaycan yığmasında!
30.06.2010 - 13:01
Nelson Spenser və Çarles Edvar Devis Azərbaycan yığmasında!
Avropa çempionatının seçmə mərhələsinin B divizionuna hazırlaşan basketbol üzrə Azərbaycan yığmasında çıxış edəcək amerikalı legionerlərin sənədləri qaydasına salınıb. Apasport.az saytının məlumatına görə, avqustda keçiriləcək yarışda Çarles Edvar Devis və Nelson Spenser millimizin uğurları üçün çalışacaq.

Türkiyənin “Banvit” komandasının şərəfini qoruyan Çarlesin 204, Yunanıstanın “Bamberq” klubunda çıxış edən Spenser isə 209 sm boya malikdir.

Qeyd edək ki, hazırda komandanın təlim-məşq toplanışında iştirak etməyən millimizin yeni üzvləri tezliklə hazırlıqlara qoşulacaq. Onlardan əlavə, Ruslan Bengerin yığmamıza keçidi həll olunmaq üzrədir. Bu basketbolçuların komandamızda oynaması ilə bağlı FİBA-nın yaxın günlərdə rəsmi icazə verməsi gözlənilir.
0