Azərbaycan çempionunun rəqibi Serbiya yığmasının üzvünü transfer etdi - FOTO
14.07.2010 - 23:05
Azərbaycan çempionunun rəqibi Serbiya yığmasının üzvünü transfer etdi - FOTO
Voleybol üzrə qadınlardan ibarət “Rabitə” klubunun Çempionlar Liqasında rəqibi “Dinamo Romprest” (Rumıniya) heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, ilk görüşdə Buxarestdə Azərbaycan komandasını qəbul edəcək rumıniyalılar Serbiya yığmasının aparıcı voleybolçusu Covana Vesoviçlə 1 illik müqavilə imzalayıblar. 1987-ci ildə anadan olan Vesoviç son mövsümü “Volero”da keçirib və İsveçrə çempionu adını qazanıb.

Qeyd edək ki, Azərbaycan çempionu “Rabitə” E qrupunda növbəti mərhələyə yüksəlmək üçün İtaliyanın “Skavolini”, Polşanın “Aluprof” və Rumıniyanın “Dinamo Romprest” komandaları ilə mübarizə aparacaq.
0