Dejan Brdjoviç: “Rabitə” Avropada nəyə qadir olduğunu göstərəcək
17.07.2010 - 12:41
Dejan Brdjoviç: “Rabitə” Avropada nəyə qadir olduğunu göstərəcək
“Azərbaycan çempionu ilə bağladığım müqavilənin şərtləri çox mükəmməldir. Bunun üçün çıxış edəcəyimiz Çempionlar Liqasında zirvələrə getmək üçün mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə” klubunun yeni baş məşqçisi Dejan Brdjoviç deyib.

İtaliyanın “Asistel Novarra” komandası ilə ÇL-in bürünc mükafatına sahib olan serbiyalı mütəxəssis bildirib ki, ilk hədəf qrup mərhələsidir: “Medallar uğrunda mübarizəyə ilk mərhələdən başlayırsan. Bunun üçün biz əvvəlcə qrup mərhələsində uğurlu çıxışı planlaşdırırıq. Kifayət qədər güclü rəqiblərimiz var. Onların hər biri ilə görüşlərin çətin keçəcəyini gözləmək olar. Lakin biz də istəyimizi həyata keçirmək üçün meydana qələbə üçün çıxacağıq. Fikrimcə, komandamız Avropada nəyə qadir olduğunu göstərəcək”.

Qeyd edək ki, “Rabitə”yə yeni baş məşqçi təyin edilən serbiyalı Brdjoviç bu postda həmyerlisi Draqutin Baltiçi əvəzləyib.
0