Azərbaycan yığmasının səfəri ləngiyir
22.07.2010 - 12:49
Azərbaycan yığmasının səfəri ləngiyir
Avropa çempionatının B divizionunun avqustun 8-də başlanacaq seçmə qrup mərhələsinə hazırlaşan kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyəyə nəzərdə tutulan səfərinin vaxtı dəyişdirilib. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Elxan Əliyevin rəhbərlik etdiyi yığma komanda səfəri əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 21-də deyil, 26-da baş tutacaq. Basketbolçularımız avqustun 6-dək Türkiyədə təlim-məşq toplanışı ilə yanaşı, bir neçə yoxlama matçı da keçirəcək və sonradan oradan birbaşa Albaniyaya uçacaq və avqustun 8-də həmin ölkənin yığma komandası ilə seçmələr çərçivəsində ilk matçını keçirəcək.
0