Daha bir türkiyəli məşqçi Azərbaycan klubunda
26.07.2010 - 09:21
Daha bir türkiyəli məşqçi Azərbaycan klubunda
Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək “İqtisadçı” voleybol klubunun məşqçilər korpusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, növbəti 1 ildə paytaxt klubunu çalışdıracaq Türkiyə yığmasının sabiq baş məşqçisi Rəşad Yazıçıoğullarına həmyerlisi Erkan Kayacan köməklik edəcək.
Yeni məşqçi əsasən gənclər və əvəzedici komandalara rəhbərlik edib və bir neçə titula sahib olub.

Qeyd edək ki, Kayacan “Əczaçıbaşı”nın da əvəzedici komandasında işləyib. Son mövsümdə isə Yazıçıoğulları ilə birgə Türkiyə Super Liqasında “Yeşilyurt”da çalışıblar.
0