Azərbaycanlı hakim ÇL matçını idarə edəcək
05.11.2025 - 12:18
Azərbaycanlı hakim ÇL matçını idarə edəcək

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə etimad göstərib.

Apasport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov noyabrın 6-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək kişilər arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin matçını idarə edəcək.

O, "Melina Merkuri" arenada gerçəkləşəcək "Olimpiakos" (Yunanıstan) - "Quaquas" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Matçın ikinci hakimi funksiyasını polşalı Aqneşka Miçlik yerinə yetirəcək.