Azərbaycanlı nümayəndə ÇL oyununa təyinat alıb
01.10.2024 - 09:33
Azərbaycanlı nümayəndə ÇL oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova Çempionlar Liqasının oyununa təyinat alıb.

Apasport.az xəbər verir ki, İsmayılova kişi voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin II raundunda “Volley Schönenverd” (SUI) və “CSM Corona Brasov” (ROU) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Oyun bu gün İsveçrənin Schönenverd şəhərində keçiriləcək.

Görüşün hakimləri niderlandlı Geldof Helena və ispaniyalı Robles Garcia Carlos Alberto olacaq.

0