Macarıstanlı voleybolçu "Abşeron"da
10.09.2024 - 13:57
"Abşeron" voleybol klubu transfer bazarında fəallığını davam etdirir.
Apasport.az xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısının macarıstanlı Mariya Çiliçi heyətinə qatıb.
Çiliç ötən mövsümü vətənində "Fatum" klubunda keçirib.
Qeyd edək ki, "Abşeron" bundan əvvəl Azərbaycan millisinin iki voleybolçusu, hücumçu Nikalina Başnakova və blokçu Anastasiya Mertsalova ilə müqavilə imzalayıb.
0
0