Azərbaycan millisi dünya çempionatında növbəti oyununa çıxır
25.05.2025 - 11:46

Bakıda minifutbol üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün turnirdə qrup mərhələsinin 3-cü turu start götürəcək.
A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniyanı qəbul edəcək.
Bu qrupun digər oyununda Bəhreyn Sloveniya ilə qarşılaşacaq.
Hazırda bu qrupda Azərbaycan 4 xalla liderdir. Eyni xalı olan Mavritaniya 2-cidir. Bəhreyn və Sloveniya isə 1 xalla müvafiq olaraq 3 və 4-cü yerdədirlər.
0
0