
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu üçün rəmzi heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahını "Yahoo" portalının tərtib edib.
"Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva da heyətdə yer alıb.
Qapıçı: Joan Qarsiya ("Barselona", İspaniya)
Müdafiəçilər: Mateus Silva ("Qarabağ", Azərbaycan), Derrik Lukassen ("Pafos", Kipr), Vircil Van Deyk ("Liverpul", İngitlərə), Yusufa Mboci ("Slaviya", Çexiya)
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("İnter", İtaliya), Hans Vanaken ("Brügge", Belçika), Fransişku Trinkan ("Sportinq", Portuqaliya).
Hücumçular: Markus Reşford ("Barselona", İspaniya), Duşan Vlahoviç ("Yuventus", İtaliya), Harri Keyn ("Bavariya", Almaniya).
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki növbəti matçını Danimarkanın "Kopenhagen" klubu ilə keçirəcək. Qarşılşama oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.