Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib
01.11.2025 - 21:24
Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib.

Apasport.az xəbər verir ki, B qrupunun oyununda "Naxçıvan" "Quba" ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşma birincilərin 86:78 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Ordu" "Lənkəran"ı (91:76), "Sumqayıt" "Sərhədçi"ni (84:80), "Şəki" isə "Gəncə"ni (84:70) üstələyib.