Həsrət Cəfərov finalda – YENİLƏNİR
21.04.2026 - 19:15
Həsrət Cəfərov finalda – YENİLƏNİR

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu nəticəyə imza atıblar.

Apasport.az xəbər verir ki, güləşçilərimizdən Nihat Məmmədli (60 kq) 1/4 finalda Ukrayna təmsilçisi Vladislav Kuzkonu 5:0 hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinal mərhələsində

Həsrət Cəfərov (67 kq) isveçli Niklas Oehləni 5:1 üstələyib. O, bolqarıstanlı Abu Muslim Amayevə “tuş”la qalib gələrək yarımfinala vəsiqə əldə edib. 

Murad Əhmədiyev (97 kq) isə xorvatiyalı Filip Smetkonu 2:1 hesabı ilə məğlub edib. Lakin təmsilçimiz rusiyalı Artur Sarqsyana 0:4 hesabı ilə uduzub.

Daha əvvəl xalça üzərinə çıxan Qurban Qurbanov (82 kq) start görüşündə Bolqarıstan təmsilçisi Arvi Savolaynenə 7:3 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. O, burada Moldova təmsilçisi Mihail Bradu üzərində 5:4 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Bundan başqa Ruslan Nurullayev (72 kq) isə Ukrayna idmançısı Dmitro Vasilyevi 9:5 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/4 finalda Gaspar Terteryana 1:1 hesabı ilə uduzub.

Günün növbəti görüşlərində Azərbaycanın digər təmsilçiləri də mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq