Miodraq Bojoviç: “Sumqayıt” bu gün layiqli qələbə qazandı”
04.02.2024 - 18:10
Miodraq Bojoviç: “Sumqayıt” bu gün layiqli qələbə qazandı”

"Qələbə və yeni stadionun açılışı münasibətilə "Sumqayıt”ı təbrik edirəm. Stadionda bu gün gözəl atmosfer var idi. İlk yarıda bizdə çox şey alınmadı. “Sumqayıt” daha yaxşı idi. İkinci yarıda oyunu dəyişməyə nail olduq. Bəzi məqamlarda qol da vura bilərdik, buraxmaq təhlükəsi də var idi. “Sumqayıt” bu gün layiqli qələbə qazandı. Biz həm kuboka, həm də çempionata eyni dərəcədə hazırlaşırıq. Sadəcə bugünkü oyuna yaxşı hazırlaşmamışdıq".

Apasport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 21-ci turunun "Sumqayıt"la matçından (1:2) sonra "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Azər Əliyev oyuna hazır görünmürdü, Yeqor Boqomolski isə ötən matçdan fərqli olaraq, bu dəfə heç nə ilə yadda qalmadı. Əlavə olaraq, Emin Mahmudovu isə 86-cı dəqiqədə əvəzlədiz. Niyə bu qədər gözlədiz?
- Rəqibimiz yaxşı oynadı. Hər bir məşqçi komandasının güclənməsini istəyir. Amma indi buna imkan yoxdur.  Sırf futbolçuların performansına gəldikdə, hər oyun fərqlidir. Yeqor keçən görüşdə qollar vurmuşdu, bu dəfə alınmadı. Axı, hər oyunun hekayəsi fərqli olur. Eminin əvəzlənməsinə gəlincə, ayağında ağrılar var idi deyə, əvəzlədik. 

- Daimi əsas heyəti tapa bilmisiz?
- Reziuan Mirzov və Brayan Moreno fiziki baxımdan tam hazır deyil. Hər ikisinin durumu düzəldikdən sonra, rəqabət də artacaq. Biz özümüz də, ideal onbirliyi axtarırıq. Amma bir şey var ki, yaxşı oynamaq üçün, çoxlu oyun oynamalıyıq. 

- Bu gün "Neftçi"nin yarımmüdafiə xətti çoxlu səhvə yol verdi. Sizcə, bunun səbəbi nə idi?
- Təbii ki, oyunu təhlil edəcəyik. Ola bilsin ki, az qaçdıq. Həm də, topla yaxşı deyildik, fərdi mübarizələrdə uduzurduq. Bunlar da öz təsirini göstərir.

- Rusiyadan hansısa oyunçunu "Neftçi"yə dəvət etməyi planlaşdırırsız?
- Bizdə transferə baxan bağlı mütəxəssislərimiz var.

writer photo
İsmayıl Xeyrullayev
0