Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun "Ankaragücü"dən ayrılacağı barədə daha öncə xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, forvard Azərbaycana gəlməyə də razıdır.
"Ankaragücü"nün futbolçusu Renat Dadaşov harda oynayacaq?
O, menecerinə Azərbaycan təmsilçiləri ilə danışıqlar aparmağa razılıq verib. Renatın xidmətində maraqlı olan klublarımız var. Danışıqlar prosesi müsbət yekunlaşarsa, onun ölkəmizə keçidi reallaşa bilər.
Renat Dadaşov Misli Premyer Liqasına Gəlir?
Bunun reallaşması mümkündür. Lakin onun yüksək məvacib tələb etməsi transferə mane ola bilər. "Ankaragücü"də ən yüksək ödənişli futbolçu olmuş Renat maaşında endirim edərsə, Azərbaycana gəlişi reallaşa bilər.
Dadaşov "Neftçi"nin transfer siyahısında yer alıb. Onunla həmçinin "Qarabağ" və "Sabah" da maraqlanır.
Renat Dadaşov Hansı Klublarda Oynayıb?
Hücumçu "Qrasshopper", "Hatayspor", "Vulverhempton", "Tondela", "Eştoril" və "Ayntraxt" klublarının şərəfini qoruyub. O, karyerasına Almaniyada başladıqdan sonra Portuqaliyaya, ordan da İngiltərəyə yollanıb. Daha sonra "Qrasshopper"lə müqavilə bağlayan forvard 2023-cü ildə Türkiyə klubuna keçib.
- Okan Buruk: “Dördüncü hakim türk olduğu üçün referi onu dinləmədi..."
- Ölkə kubokunda yarımfinalçılar bəlli oldu
- “Qarabağ” axtardığı hücumçunu tapdı: RƏSMİ TƏKLİF DƏ EDİLDİ
- "Neftçi" istədiyi transferi yekunlaşdırdı: NÖVBƏTİ HÜCUMÇU YOLDADIR
- Füzuli Məmmədov: “Üzərimizdəki təzyiq bizi bir-birimizə daha sıx bağladı”