Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının forvardı Renat Dadaşov “Ankaragücü”nü tərk etməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, paytaxt klubundan ayrılacaq hücumçu karyerasını Azərbaycanda davam etdirə bilər.
Onun xidmətində “Neftçi” və “Qarabağ” maraqlıdır. Dadaşov iki klub arasında seçim etmək şansına sahibdir.
Lakin Renat Azərbaycana qayıtmaq istəməsə, Türkiyədə də qala bilər. Çünki 1-ci Liqa təmsilçiləri “Boluspor” və “İğdır” da forvardı heyətlərinə qatmaq istəyirlər.
Dadaşov özü də “Ankaragücü”də qalmaq istəmir. Mövsümün sonuna yaxın Renat yeni sezonla bağlı seçimini edəcək.
Onun maaşı yüksək olduğundan Ankara təmsilçisi də yolları ayırmağa müsbət yanaşır. Dadaşov maaş məsələsində endirimə gedərsə, Türkiyə klubu ona yeni müqavilə təklif edəcək.
Qeyd edək ki, 25 yaşlı forvardın “Ankaragücü” ilə sözləşmə müddəti 2026-cı il iyunun 30-na qədərdir.