Bu gün Misli Premyer Liqasında X turun daha iki oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, hər iki qarşılaşma bölgələrdə baş tutacaq.
Günün ilk matçında “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib.
Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Komanda ardıcıl iki qol vurmağa nail olub. Lakin qonaqlar heç-heçəyə imza atmağı bacarıblar - 2:2.
Qeyd edək ki, turun ilk oyununda “Turan Tovuz” doğma meydanda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib.
Misli Premyer Liqası
I dövrə, X tur
15:00. “Araz-Naxçıvan” – “Zirə” 2:2
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
Şamaxı şəhər stadionu
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO