“Neftçi”də Azərbaycan Premyer Liqasının 34-cü turunda qarşılaşacağı “Turan Tovuz” klubu ilə matçın hazırlığı yekunlaşıb.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komandanın üzvləri Tovuza yola düşüblər.
Futbolçular – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.
Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.
- Millimizin baş məşqçisi: "İkinci görüşdə fərdi səhvlərə görə məğlub olduq"
- Millimiz Qazaxıstanı məğlub etdi
- Qurban Qurbanov: “Sonda dəqiq məlumatlar bildiriləcək”
- İngiltərə millisinin heyəti açıqlanıb - Arnold və Qriliş daxil edilməyib
- Azarkeş qalıb kənarda, “alverçi”lər düşüb ortaya: Futbolumuzda “qara bazar” problemi