
UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ" ilə bağlı "Bayer" maraqlı paylaşım edib.
Apasport.az xəbər verir ki, Bundesliqa klubu sosial şəbəkə hesabında təmsilçimiz ilə qarşılaşma ehtimalı haqda bildirib:
- "Bu gün Çempionlar Liqası püşkatmasıdır".
- "Əla! Qarabağla düşə bilmərik, hə?"
- ...
- "Düz dedim?"
Həmçinin Leverkuzen təmsilçisi açıqlama qismində "Admin hələ də özünə gələ bilmir" ifadəsini bildirib.
Qeyd edək ki, "Qarabağ" ilə "Bayer" 2023/24 mövsümündə UEFA Avropa Liqasında 4 dəfə qarşılaşıblar. Bunlardan 2-si qrup mərhələsi, digər 2-si isə 1/8 final matçında olub. Qarşılaşmalardan 3-ü Almaniya klubunun xeyrinə (5:1, 3:2, 0:1), biri isə bərabərliklə başa çatıb (2:2).