"Milan" Nkunku ilə razılaşıb
28.08.2025 - 16:45
"Milan" Nkunku ilə razılaşıb

A Seriyası təmsilçisi "Milan" "Çelsi"nin hücumçusu Kristofer Nkunkunun transferini bitirib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Razılaşmaya əsasən, rossonyerilər 27 yaşlı hücumçu üçün qarşı tərəfə 35 milyon avro ödəyəcək.

Fransalı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Transferin yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, Nkunku karyerası boyunca PSJ və "Leypsiq" kimi klubların da formasını geyinib.