"Tottenhem" niderlandlı futbolçu üçün hərəkətə keçib
28.08.2025 - 17:26
"Tottenhem" niderlandlı futbolçu üçün hərəkətə keçib

İngiltərə Premyer Liqasının təmsilçisi “Tottenhem” “Leypsiq”in yarımmüdafiəçisi Xavi Simonsu heyətinə qatmaq niyyətindədir.

Apasport.az xəbər verir ki, London klubu 23 yaşlı futbolçu uğrunda “Çelsi” ilə rəqabət aparır.

“Zadəganlar” artıq Niderland millisinin üzvü ilə şəxsi şərtlərdə razılıq əldə edib. Lakin klublar arasında danışıqlar hələ də davam edir.

Bundesliqa təmsilçisi gənc oyunçuya gələcəyi ilə bağlı qərar verməsi üçün vaxt tanıyıb. Xavi Simons hazırda komandanın məşqlərində iştirak etmir.

Qeyd edək ki, Niderlandlı futbolçu “Barselona” akademiyasının yetirməsidir.