Milli Olimpiya Komitəsində iclas keçirilir
18.02.2025 - 11:28
Milli Olimpiya Komitəsində iclas keçirilir

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) iclası keçirilir. 

Apasport.az xəbər verir ki, iclas MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə baş tutur.

Milli Olimpiya Komitəsində təşkil olunan tədbirdə əvvəlcə qurumun 4 illik hesabatı dinləniləcək. Daha sonra MOK-un İcraiyyə Komitəsinin yeni üzvləri seçiləcək.