
Lider "Qalatasaray" Türkiyə Super Liqasının 24-cü həftəsində "Çaykur Rizəspor"u 2:1 hesabı ilə məğlub edərək "Fənərbaxça" ilə xal fərqini qoruyub.
Apasport.az xəbər verir ki, matça yaxşı başlaya bilməyən "sarı-qırmızılılar" ilk hissədə qol imkanı yarada bilməsə də, ikinci hissədə rəqibini məğlub etməyi bacarıb - 2:1.
Beləliklə, "Qalatasaray" liqada 23-cü matçında 20-ci qələbəsini qazanıb. Mövsüm boyu 3 dəfə heç-heçə edən "cimbom" xallarını 63-ə yüksəldib və məğlubiyyətsiz titulunu qoruyub.
Derbi öncəsi kritik qələbə
"Qalatasaray" liqanın 25-ci həftəsində "Fənərbaxça" derbisinə 6 xallıq fərqlə çıxacaq.
"Sarı-qırmızılılar" 24 fevral saat 21:00-da öz meydanında "Fənərbaxça"nı qəbul edəcək.
“Qalatasaray” son 6 matçda “Rizəspor”u məğlub edib
“Qalatasaray” “Çaykur Rizəspor”la son 6 matçda qalib gəlib.
Qara dəniz təmsilçisinə qarşı sonuncu dəfə 2020-21 mövsümünün ikinci yarısında xal itirən "sarı-qırmızılılar" sonrakı 3 mövsümün bütün matçlarında qalib gəlib.
Sözügedən matçlarda 21 qol vuran “Cimbom” 7 top buraxıb.
"Qalatasaray"ın məğlubiyyətsizlik seriyası 24 oyuna çatıb
"Qalatasaray" Super Liqada məğlubiyyətsizlik seriyasını 24 matça çatdırıb.
Liqada son məğlubiyyətini ötən mövsümün 37-ci həftəsində "Fənərbaxça" derbisində yaşayan Okan Burukun yetirmələri bu mövsüm 21 qələbə və 3 heç-heçə ilə yadda qalıb.