İsmayıl Kartalın çalışdırdığı "Persepolis" İran Premyer Liqasının 21-ci həftəsində "İstiqlal"ı qəbul edib.
Apasport.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Matçın ilk hissəsində "Persepolis"də çıxış edən Serdar Dursunla komanda yoldaşları arasında penalti böhranı yaşanıb.
Belə ki, türkiyəli 45+3-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Lakin "İstiqlal"ın qapıçısı Seyid Hüseyni qapı xəttini keçdiyi üçün matçın baş hakimi penaltinin yenidən yerinə yetirilməsinə işarə edib.
Serdar ikinci dəfə penaltini yerinə yetirmək istəsə də, komanda yoldaşları buna imkan verməyib. Hüseyn Kanani məsuliyyəti üzərinə götürərək penaltini qola çevirib.
Meydan sahiblərinin digər qolunu isə 71-ci dəqiqədə Əli Əlipur vurub. Əlireza Kouşkinin 55-ci dəqiqədə vurduğu qol "İstiqlal"ın qələbəsi üçün yetərli olmayıb.
Qeyd edək ki, "Persepolis" 41 xalla 3-cü, "İstiqlal" isə 26 xalla 8-ci pillədə qərarlaşıb.
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- “Yuventus”dan tarixi qələbə: 8 ildən sonra ilk dəfə
- Ranyeri Dibalanın son durumunu açıqlayıb
- Şahmat üzrə “Baku Open-2025” turnirinin başlama tarixi açıqlanıb
- "Qarabağ" istədiyi oyunçunu gətirə bilmirsə, "Turan" neyləsin? - Ağasəlim Mircavadov