
“Qarabağ” daha bir transferini reallaşdırıb.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi yeni oyunçusu özünün yutub kanalı vasitəsilə təqdim edib.
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qarabağ” monteneqrolu Marko Veşoviçlə heyətini gücləndirdiyini açıqlayıb. Ötən mövsümün sonunda Varşava “Legiya”sından ayrılan 30 yaşlı sağ cinah oyunçusu yeni komandasında 29 nömrəli formanı geyinəcək. Onunla 2 illik müqavilə imzalanıb.
Monteneqro millisinin də şərəfini qoruyan Marko Veşoviç sağ cinah müdafiəçisi ilə yanaşı, vinger mövqeyində də çıxış edə bilir. “Buduçnost”un yetirməsi 2014/15 mövsümündə İtaliyada “Torino”nun heyətində çıxış edib.
Qeyd edək ki, “Qarabağ” buna qədər Kadi Borqes və Ramil Şeydayevi transfer edib.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?