“Turan” yarım ildir qələbə qazanmır
03.04.2008 - 10:01
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Tovuzun “Turan” klubu yarım ildir qələbə qazana bilmir. “APA-Sport” agentliyinin məlumatına görə, aprelin 5-də Azərbaycan Premyer Liqasının 20-ci turunda ABN ilə qarşılaşacaq Nizami Ocaqverdiyevin yetirmələri 9 matçdır 3 xal üzünə həsrət qalıb. Son dəfə 2007-ci il oktyabrın 27-də qalib gələn qərblilər “Gənclərbirliyi” ilə görüşdən sonra yalnız iki heç-heçə ilə təsəlli tapıb. Türkiyəli mütəxəssis Səlahəddin Dərvəndi sifariş etməyən “Turan”ı meydana çıxarmalı olan N.Ocaqverdiyev komandasının qələbə həsrətinə son qoymalıdır. Tovuzluların son uğuru isə 161 gün əvvələ təsadüf edib. Bu müddətdə qərb təmsilçisinin bir kubok oyununda da uduzduğunu nəzərə alsaq, komanda 10 görüşdür rəqibini üstələyə bilmir.
Qeyd edək ki, “Turan” birinci dövrədə Bərdə səfərində bir xal qazanıb – 0:0.
Qeyd edək ki, “Turan” birinci dövrədə Bərdə səfərində bir xal qazanıb – 0:0.
0
0