Ümit Özatı ağladan zəng
04.09.2008 - 11:55
Bakı. Kənan Həsənov - APA-Sport. Almaniya Bundesliqasının III turu çərçivəsində keçirilən “Karlsrue” - “Köln” matçının 30-cu dəqiqəsində huşunu itirən Ümit Özat başına gələnlər haqda danışıb. “APA-Sport” agentliyinin məlumatına görə, türkiyəli futbolçu xəstəxanaya yerləşdirildikdən sonra onu ilk olaraq baş nazir Rəcəb Tayyib Ərdoğanın aradığını bildirib: “Xəstəxanada özümə gələndən sonra oyun haqda soruşdum. Elə həmin an telefonuma zəng gəldi. Bu, hörmətli baş nazirimiz idi. O, mənə “keçmiş olsun” diləklərini çatdırdı və nə kimi köməklik lazım olduğunu soruşdu. Türkiyənin mənim üçün dua etdiyini bildirdi. Həmin məqamda göz yaşlarımı saxlaya bilmədim”. “Köln” klubunun kapitanı olan Ü. Özat Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim başda olmaqla, bir çox mütəxəssislər və futbolçuların da onunla əlaqə saxladığını qeyd edib.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0