Hamit Altıntop: “Ermənistan yığmasını tanımırıq”
04.09.2008 - 16:40
Bakı. Kənan Həsənov - APA-Sport. “Ermənistan yığmasını yaxşı tanımırıq. Amma doğma meydanda yaxşı oynadıqlarını bilirik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyə yığmasının üzvü Hamit Altıntop söyləyib. Almaniyanın “Bavariya” klubunda çıxış edən yarımmüdafiəçi Ermənistana qalib gələcəklərini vurğulayıb: “Biz meydana çıxıb öz oyunumuzu nümayiş etdirməliyik. Səviyyəmizi göstərsək, qalib gəlmək üçün heç bir səbəb qalmayacaq”.
Qeyd edək ki, Ermənistan - Türkiyə oyunu sentyabrın 6-da İrəvanda keçiriləcək. H. Altıntop zədə ucbatından bu görüşdə çıxış edə bilməyəcək.
Qeyd edək ki, Ermənistan - Türkiyə oyunu sentyabrın 6-da İrəvanda keçiriləcək. H. Altıntop zədə ucbatından bu görüşdə çıxış edə bilməyəcək.
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
0
0