Daniel Quiza siqaret çəkərkən yaxalandı - FOTO
05.09.2008 - 11:26
İstanbul. Elşən Məmmədov – APA-Sport. İspaniya yığmasının və Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Daniel Quiza siqaret çəkərkən yaxalanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 28 yaşlı futbolçu İstanbuldakı Bağdad küçəsində yerləşən kafedə ispaniyalı dostları ilə birgə olduğu vaxt etdiyi hərəkətlərlə hamını təəccübləndirib. O, təqribən 2,5 saat olduğu məkanda 6 pivə içib, 10 ədəd siqaret çəkib. Ətrafda olan “Fənərbaxça”lı azarkeşlər isə ispaniyalı futbolçunu maraqla seyr ediblər. Onlar öz aralarında “Heyf! Yüksək səviyyəli bir futbolçunun bu qədər siqaret çəkməsi çox pis haldır” deyiblər.
Qeyd edək ki, ötən mövsüm “Malyorka”da çıxış edərkən, İspaniya çempionatının bombardiri olmuş D.Quiza hələlik “Fənər”in heyətində bir qol belə vura bilməyib.
Qeyd edək ki, ötən mövsüm “Malyorka”da çıxış edərkən, İspaniya çempionatının bombardiri olmuş D.Quiza hələlik “Fənər”in heyətində bir qol belə vura bilməyib.
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0