Aleks “Arsenal”la görüşü buraxa bilər
03.11.2008 - 12:17
Bakı. Kənan Həsənov - APA-Sport. Noyabrın 5-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Londonda “Arsenal”la qarşılaşacaq “Fənərbaxça” ciddi itki ilə üzləşib. “APA-Sport”un məlumatına görə, komandanın braziliyalı kapitanı Aleks de Souza böyük ehtimalla bu vacib görüşdə iştirak edə bilməyəcək.
Superliqanın IX turunda “Əskişəhərspor”la səfər matçında ayağından zədələnən Aleksin həftəsonu “Qalatasaray”a qarşı derbi matçda oynaması da sual altındadır.
Qeyd edək ki, Aleks “Əskişəhərspor”la oyunda dubl etməklə karyerası ərzində 300-cü, “Fənərbaxça” forması ilə 101-ci qolunu vurub.

- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
0
0