“Milan” Ardanı nəzarətə götürdü
03.11.2008 - 13:12
Bakı. Kənan Həsənov - APA-Sport. “Milan” klubu Türkiyə yığmasının və “Qalatasaray”ın üzvü Arda Turanla ciddi maraqlanır. “APA-Sport”un məlumatına görə, İtaliya təmsilçisinin nümayəndəsi gənc yarımmüdafiəçini Superliqanın IX turu çərçivəsində İstanbulda “Qaziantepspor”a qarşı oyunda izləyib.
Türkiyə mətbuatının yazdığına görə, Ardanı “Milan”a, vaxtilə bu komandanı çalışdıran Fatih Terim məsləhət görüb. Terimin xələfi Karlo Ançelotti isə Ardanın oyununu izləmək üçün klub nümayəndələrindən birini İstanbula göndərib. “Milan” rəhbərliyi 21 yaşlı yarımmüdafiəçini transfer etmək üçün dövrələrarası fasilə dönəmində “Qalatasaray”a rəsmi təklif irəli sürəcək.

- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
0
0